Qidalanma
Fransızlar onu çoxlu-çoxlu yeyir və
Qidalanma

Fransızlar onu çoxlu-çoxlu yeyir və soyuq havada xəstələnmirlər

E-saglam.az xəbər verir ki, fransızlar qış aylarında bu şorbanı çox istehlak edirlər. Ağ kələm immunitet sistemini gücləndirir, antioksidant tərkibi hüceyrələri sağlam saxlayır və qocalma prosesini ləngidir. Soğanın antibakterial təsiri isə qrip və soyuqdəymədən qoruyur.

Qış mövsümündə populyarlıq qazanan bu şorba həm dadı, həm də sağlamlığa faydaları ilə seçilir. Tərkibindəki təbii maddələr immuniteti gücləndirərək xəstəliklərə qarşı qoruyucu rol oynayır.

Hazırlanması:
500 qram doğranmış ağ kələm, soğan, sarımsaq və kərə yağı ilə birlikdə qovrulur. Üzərinə toyuq bulyonu və su əlavə edilərək qaynadılır. Bişməyə yaxın krem əlavə edilir və süfrəyə kaşar pendiri ilə təqdim olunur.

Bu şorba həzm sistemini tənzimləyir, sidikqovucu təsiri ilə ödemi azaldır və ürək sağlamlığını qoruyur. Aşağı kalorili olması onu pəhriz saxlayanlar üçün ideal seçim edir. Qış aylarında orqanizmi xəstəliklərdən qoruyan təbii qalxandır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun