Sağlamlıq
Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı
Sağlamlıq

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

E-saglam.az xəbər verir ki, bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetindən (Böyük Britaniya) Sebastyan Mora Hernandez bildirib.

Mütəxəssisin sözlərinə görə, daimi məşq bədənin maddələr mübadiləsinin bir çox aspektlərini tənzimləyir. Məsələn, onlar müəyyən hormonların (məsələn, insulin və estrogen kimi) aktivliyinə və konsentrasiyalarına təsir göstərir.

Fiziki fəaliyyət həmçinin hüceyrə bərpasını, lazım olduqda isə əksinə hüceyrə məhvini stimullaşdırmaqla hüceyrə funksiyasını yaxşılaşdırır. Həkim vurğulayıb ki, məhz zədələnmiş və ya arzuolunmaz hüceyrələrin aradan qaldırıla bilməməsi xərçəngin yaranmasına səbəb olan faktordur.

İdmanla məşğul olmaq aşağı dərəcəli xroniki iltihabı yatırır, bu da təkcə xərçəngə deyil, həm də ürək-damar xəstəliklərinə qarşı da faydalı təsir göstərir.

Mənbə: Gazeta.ru /Oxu.Az

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun