Sağlamlıq
Fil yaddaşına sahib olacaqsınız,
Sağlamlıq

Fil yaddaşına sahib olacaqsınız, beyin hüceyrələrinizi coşduracaq

Unutqanlıq, zehni yorğunluq və diqqət problemi yaşayanlar üçün bəzi qidalar yaddaşı gücləndirir və beyin sağlamlığını dəstəkləyir.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, yağlı balıqlar omeqa-3 tərkibi ilə beyin hüceyrələrini qoruyur, göyərti isə antioksidantlarla sərbəst radikallardan müdafiə edir. Qoz və badam omeqa-3, E vitamini və sinklə zəngindir.

Fil yaddaşına sahib olmaq üçün hər gün bir ovuc qoz yemək tövsiyə olunur, çünki o, omeqa-3, antioksidantlar və E vitamini ilə yaddaşı gücləndirir və beyin sağlamlığını dəstəkləyir.

Yumurta asetilkolin istehsalı üçün vacibdir və öyrənmə prosesini dəstəkləyir. Yaşıl yarpaqlı tərəvəzlər K vitamini və folatla yaddaş itkisini azaldır, tünd şokolad isə flavonoidlər sayəsində beyni qoruyur. Bütün taxıllar davamlı enerji təmin edir, sitrus meyvələri C vitamini ilə hüceyrələri qoruyur. Yaşıl çay L-theanine tərkibi ilə stressi azaldır və diqqəti artırır.

Bu qidaları balanslı şəkildə istehlak etməklə yaddaşı və zehni performansı dəstəkləmək mümkündür. Həmçinin, müntəzəm idman və yaxşı yuxu beyin sağlamlığını qorumaq üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun