Fevralın 17-də "Psixoloji və nevroloji araşdırma" adlı konfrans
Fevralın 17-də "Psixoloji və nevroloji araşdırma" adlı konfrans

17 fevral 2024 -cü ildə Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin və Məlhəm Beynəlxalq Hospitalının təşkilatçılığı ilə "Psixoloji və nevroloji araşdırma konfransı" təşkil olunub.

E-saglam.az xəbər verir ki, tədbirdə millət vəkilləri Jalə Əhmədova və Vüqar İsgəndərov çıxış edərək, son dövrlərdə psixoloji və nevroloji problemlərin hansı səbəblərdən olduğuna dair maraqlı fikirlər söyləyiblər.

Maarifləndirmə xarakteri daşıyan konfransda ziyalılar, həkimlər, psixoloqlar, könüllülər, tələbələr iştirak ediblər.

Mərkəzin rəhbərləri fəaliyyətləri barədə məlumatlar veriblər. 

Dörd spikerin iştirak etdiyi konfransda sonda suallara cavab verilib və sertifikatlar təqdim olunub.

Könül Oruc

E-saglam.az