Qidalanma
Fermer tərəvəzlərə verilən kimyəvi gübrələrdən
Qidalanma
172

Fermer tərəvəzlərə verilən kimyəvi gübrələrdən elə şeylər danışdı ki...

Qarpız piştaxtaların üstünə gələr-gəlməz zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı artmağa başlayıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, insanların zəhərlənməsinə səbəb qarpızın tərkibindəki nitratlardır:

"Nitratlı qarpızlar böyük, tumları xırda və daha şirin olur. Azərbaycanda nitratı az olan qarpızların çəkisi 4-5 kq aralığındadır. Qarpızı az yeyin, çox yeyəndə zəhərlənməyə səbəb olur".

E-saglam.az xəbər verir ki, fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün qarpız sahələrində bir hektara bir ton nitrat verənlər var:

"Həmin nitrat hara sorulur? Hamısı həmin bitkinin, tərəvəzin meyvəsinə sorulur. Sabah da həmin meyvəni insanlar alıb ailəsi ilə yeyir. Həmin nitratlar da insan orqanizmində böyük fəsadlara yol açır. Bu gün təmiz məhsul yoxdur, olanlar da onu ancaq ailəsi üçün əkir".

Anar Abbasovun sözlərinə görə, bu gün əkin sahələrinə nəzarət yox dərəcəsindədir:

"Azərbaycanda hədəfə çatmaq üçün hər şeyə əl atırlar. Əslində ən böyük düşmən öz içərimizdədir, biz isə onu anlamırıq. Amma yediyimiz bütün tərəvəzlərin tərkibində olan toksinlər zəhərə çevrilib bədənimizdə qalır. Bütün xəstəliklərin də bir başa baiskarı həmin toksinlərdir. Bu barədə heç kim düşünmür, qida nəzarət sistemi yoxdur, kim nə istəyirsə, onu da edir".

Anar Abbasov vurğulayıb ki, bu gün bazarda elə dərmanlar var ki, onlar tərəvəzlərə veriləndən 25 gün yeyilə bilər:

"Amma bu gün həmin dərman verilir, 3 gündən sonra tərəvəz satışa çıxarılır və yeyilir. İndi özünüz nəticə çıxarın. Biz özümüzü qida sahəsində qorumağa üstünlük verməliyik”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun