Yandex watch
Fasiləli oruc tutmaq üçün

Fasiləli oruc sağlamlıq dünyasında populyarlaşan bir qidalanma üsuludur. Bu, nə yediyinizdən çox, nə vaxt yediyinizə diqqət yetirir.

Emlakbazari.az

E-saglam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, yemək və oruc dövrləri arasında dəyişiklik etməklə bədənə yığılmış enerji və yağları yandırmaq üçün vaxt verilir. Fasiləli oruc arıqlamağa kömək edir, qan təzyiqini, insulin həssaslığını, bağırsaq sağlamlığını və yuxu keyfiyyətini yaxşılaşdırır.

Əsas metodlardan biri "OMAD"dır, burada insan 23 saat oruc tutur və yalnız bir dəfə yemək yeyir.

Alternativ Gün Orucu isə hər ikinci gün kalori qəbulunun minimuma endirilməsini əhatə edir.

5:2 metodu isə beş gün normal qidalanma və iki gün təxminən 500 kalori ilə məhdudlaşır.

Oruc saatları sirkadiyalı ritmə uyğun seçilməlidir. Səhər orucuna üstünlük verənlər səhər yeməkdən başlayaraq günorta iftar edirlər, bu da metabolik sağlamlıq və qan şəkəri tənzimlənməsi üçün faydalıdır.

Günorta pəncərəsində gec səhər yeməyi və ya erkən nahar qəbul edilir ki, bu da yeni başlayanlar üçün idealdır.

Axşam yemək isə günə gec başlayan və axşam yeməklərinə üstünlük verənlər üçün uyğundur.

Hər kəs üçün ən yaxşı vaxt fərqli ola bilər. Sağlamlıq məqsədlərinizə uyğun olaraq bədəninizi dinləyərək doğru proqramı seçmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az