Böyük miqdarda qırmızı ət və süd böyrəklər üçün zərərlidir və daş əmələ gəlməsinə səbəb olur.
E-saglam.az xəbər verir ki, uroloq Qurgen Martirosyan Gazeta.Ru-ya müsahibəsində belə pəhrizin təhlükələri barədə xəbərdarlıq edib.
Həkim izah etdi ki, ət və süd məhsullarında çoxlu miqdarda heyvani yağlar var. Həzm zamanı onlar purinlərə, o cümlədən sidik turşusuna parçalanırlar, artıqlığı urolitiyazın inkişafı ilə əlaqələndirilir.
Mütəxəssisin sözlərinə görə, böyük miqdarda ət və süd məhsulları susuzlaşdırma və lif çatışmazlığı ilə müşayiət olunarsa xüsusilə təhlükəlidir. Uroloq qeyd edib ki, mənfi təsir riski kişilərdə, eləcə də kalsiumun sorulması pozulmuş və bağırsaq xəstəlikləri olan insanlarda daha yüksəkdir.
Tərcümə: Könül Oruc