Qidalanma
Ət, quş əti və balığı düzgün yeməyin yolları –
Qidalanma
131

Ət, quş əti və balığı düzgün yeməyin yolları – diyetoloq izah edir

Diyetoloq və tibb həkimi Mixail Ginzburq proteinli qidaları pəhrizə düzgün daxil etməyin vacibliyini vurğulayıb.

E-saglam.az-ın məlumatına görə, o bildirib ki, qırmızı ət (mal əti, quzu əti) B12 vitamini və hem dəmirinin vacib mənbəyidir və xüsusilə anemiyaya meylli qadınlar üçün faydalıdır. Lakin həftədə iki porsiyadan çox qırmızı ət yeyilməsi yoğun bağırsaq və döş xərçəngi, həmçinin ürək-damar xəstəlikləri riskini artırır. Yağlı ətlər, xüsusilə donuz əti, bu riskləri daha da yüksəldir.

Quş əti (toyuq, hinduşka) qırmızı ətlə eyni riskləri daşımır və daha tez-tez yeyilə bilər. Balıq isə xüsusilə faydalıdır: yağlı dəniz balıqları (skumbriya, siyənək, qızılbalıq) həftədə 2–3 porsiya qəbul edildikdə ürək-damar xəstəlikləri və xərçəng riskini azaldır. Ağ balıq isə neytral, amma yaxşı protein mənbəyi olaraq qalır.

Kolbasa, sosiska və hisə verilmiş ətlər isə, hətta quş əti olsa belə, kanserogen tərkibi səbəbindən yoğun bağırsaq xərçəngi riskini artırır. Diyetoloq bunları yalnız nadir hallarda yeməyi tövsiyə edir.

Bişirmə üsulları da vacibdir: qızartmaq və hisə verməkdənsə, qaynatmaq, pörtlətmək və bişirmək daha sağlamdır. Çiy ət və balıq isə bakterial və parazitar çirklənmə riski səbəbindən təhlükəlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun