Qidalanma
Ət kimi qidalıdır, amma az yeyilir:
Qidalanma
359

Ət kimi qidalıdır, amma az yeyilir: göbələyin inanılmaz faydaları

Aşağı istehlak səviyyəsinə baxmayaraq, göbələk yüksək qida dəyəri ilə seçilir. Zəngin B vitaminləri, kalium və antioksidantlarla dolu olan bu tərəvəz immun sistemini gücləndirməyə kömək edir. Mütəxəssislər xüsusilə uşaqlar və yeniyetmələrin qidalanmasında göbələyə yer verilməsini tövsiyə edirlər.

E-saglam.az xəbər verir ki, diyetoloq Yasemin Kuşcu bildirir ki, göbələk az kalorili, lakin qida baxımından olduqca zəngin bir məhsuldur. Onun sözlərinə görə, göbələk həm bağırsaq, həm də ürək sağlamlığı üçün faydalıdır. Son illərdə Türkiyədə mədəni göbələk istehsalının artdığını qeyd edən Kuşcu, bu məhsulun vegeterianlar üçün də əvəzsiz protein mənbəyi olduğunu vurğulayır.

Mütəxəssis xəbərdarlıq edir: təbii şəraitdə, nəzarətsiz yığılan göbələklər sağlamlıq üçün təhlükəli ola bilər. Bu səbəbdən yalnız becərilmiş, yəni mühitinə nəzarət olunan göbələklərdən istifadə edilməlidir.

Kuşcu əlavə edir ki, göbələkdəki selenium və beta-qlükan maddələri immun sistemini gücləndirir, bu da onu inkişaf çağında olan uşaqlar və gənclər üçün ideal edir.

 

Sonda dietoloq cəmiyyətin göbələkdən uzaq durmasının əsas səbəbinin bişirmə üsulları və təqdimatla bağlı olduğunu bildirir. Onun fikrincə, bu mövzuda maarifləndirmə kampaniyaları təşkil olunmalı, göbələk yeməkləri ilə bağlı maraqlı və praktik reseptlər paylaşılmalıdır. Göbələyin faydaları geniş şəkildə izah edilməli, gündəlik menyulara daxil edilməsi təşviq olunmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun