Sosial
Esmiranın dəstəyə ehtiyacı var: “Ağrıkəsicilərimi belə
Sosial

Esmiranın dəstəyə ehtiyacı var: “Ağrıkəsicilərimi belə borcla alırıq” - FOTO

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun özü məlumat verib.

O bildirib ki, 17 yaşından böyrək çatışmazlığından əziyyət çəkir.

“17-18 yaşımdan böyrək çatışmazlığından əziyyət çəkirəm. Tam 20 ildir ki, dializə qoşuluram. Ötən il həkimlər təcili böyrəkköçürmə əməliyyatına ehtiyac olduğunu dedilər. Beş ay əvvəl xalamoğlu mənə donorluq edərək böyrəyini verdi. Əməliyyat dövlət tərəfindən tam təmənnasız edildi. Əməliyyatdan sonrakı müddətdə isə lazım olan dərmanları anam borc-xərclə alıb, hazırda müalicələri qarşılamağa gücümüz yoxdur”.

Esmira Məmmədova yardımsevər şəxslərdən dəstək istəyib.

“Nə bacım, nə qardaşım var ki, mənə dəstək olsunlar. Tək qardaşım var idi, bir neçə il əvvəl onu da itirdik. Anam yaşlı qadındır, işləyə bilmir. Ancaq borc-xərclə mənə ağrıkəsici alıb vurdura bilir. Hazırda immunitetim düşdüyü üçün bədənimdə infeksiyalar artıb. Həkimlər isə Bakıya müayinəyə gəlməyimi tələb edirlər. Müalicəmin ilkin mərhələsi üçün 2 000 manata ehtiyacım var. Yardımsevər şəxslərdən mənə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 703-38-48.

Kapital Bank: 4169 7388 5682 1164.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun