Sağlamlıq
Əsəbiləşən zaman valerian və korvalol içmək
Sağlamlıq
406

Əsəbiləşən zaman valerian və korvalol içmək təhlükəlidir

Əsəbləşən zaman valerian və korvalol içmək təhlükəlidirBir çox insanlar narahatlıqları və stressi aradan qaldırmaq məqsədilə dərmanların dozasını aşaraq istifadə edirlər.

E-saglam.az xəbər verir ki, xüsusilə sakitləşdirici təsirə malik dərmanlar, məsələn, "Valerian" və "Korvalol" bu cür hallarda tez-tez istifadə olunur. Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, dərmanların tövsiyə olunan dozasını artırmaq ciddi sağlamlıq problemlərinə, hətta infarkta belə səbəb ola bilər.

Farmakoloq Aleksander Ediqer bu mövzu ilə bağlı narahatlığını bildirib və belə dərmanların artıq qəbulunun ciddi təhlükə yaratdığını vurğulayıb. Məsələn, əsəbiliyi azaltmaq məqsədilə "Valerian" dərmanından 40 damcı içmək məsləhət görülsə də, bu, tibbi təlimatlarla tamamilə ziddiyyət təşkil edir. Rəsmi tövsiyələrə görə, bir stəkan suya yalnız 20-30 damcı bu dərmandan əlavə etmək kifayətdir.

Eyni zamanda bəzi xəstələr "Korvalol"u da çox dozada qəbul edirlər. Güclü emosional stres anlarında dərmanın yarım şüşəsini içmək təcrübəsi yayılıb, lakin bu da ciddi nəticələrə yol aça bilər. Mütəxəssislər bu cür yanlış istifadənin sağlamlıq üçün təhlükəli olduğunu bildirir və tövsiyə olunan dozanı aşmağın qəbuledilməz olduğunu xüsusilə vurğulayırlar.

Bu səbəbdən dərmanları yalnız həkim tövsiyəsinə əsasən və düzgün dozada qəbul etmək çox vacibdir.//milli.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun