Sağlamlıq
Əsəb və kin: ürəyə, beyinə və həzm sisteminə
Sağlamlıq

Əsəb və kin: ürəyə, beyinə və həzm sisteminə zərbə vurur

Həkimlərə və son araşdırmalara görə, qəzəblənmək təkcə psixi sağlamlığa deyil, həm də ürəyə, beyinə və həzm sisteminə zərər verir.

E-saglam.az xəbər verir ki, xarici KİV-ə istinadla bildirir ki, ABŞ-da aparılan bir araşdırma bu istiqamətdə tapıntıları ortaya çıxarıb. Araşdırma nəticəsində məlum olub ki, keçmiş hadisəni xatırlamaqla yaranan qəzəb qan damarlarının rahatlama qabiliyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislər qan axınının damarların daralması ilə məhdudlaşdırıldığını, bunun da ürək xəstəliyi və insult riskini yaratdığını bildirib.

Tədqiqatın aparıcı müəllifi Kolumbiya Universiteti İrvinq Tibb Mərkəzindən Prof. Dr. Daichi Shimbo bildirib ki, Damar funksiyasının pozulması infarkt və insult riskinin artması ilə əlaqələndirilir. Araşdırmamız göstərdi ki, kin saxlamaq və qəzəb kimi mənfi duyğular damarların funksiyasını poza bilər. Nəzərə alsaq ki, ən çox rast gəlinən mənfi emosiya hirsdir. Buna görə də, biz kin saxlamağı dayandırmalı və müsbət emosiyalara diqqət yetirməliyik".

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun