Qidalanma
Erkən yetişdirilən çiyələyi yemək təhlükəlidirmi?
Qidalanma
8

Erkən yetişdirilən çiyələyi yemək təhlükəlidirmi? Həkimdən açıqlama

Allerqoloq-immunoloq və qastroenteroloq Elena Qrek erkən yetişmiş çiyələklərin sağlamlıq üçün müəyyən risklər daşıya biləcəyini bildirib. Onun sözlərinə görə, yaz aylarında satışa çıxarılan bəzi çiyələklərdə antibiotik qalıqları ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis qeyd edir ki, antibiotik tərkibli qidaların müntəzəm qəbulu orqanizm üçün təhlükəlidir. Bu, antibiotiklərə qarşı müqavimətin yaranmasına, bağırsaq mikroflorasının pozulmasına və xüsusilə həssas insanlarda allergik reaksiyalara səbəb ola bilər. Uzunmüddətli istifadə isə bu maddələrin bədəndə toplanması riskini artırır.

Həkim vurğulayır ki, çiyələk yetişdirilməsində antibiotiklər geniş tətbiq olunmasa da, bəzi istehsalçılar tərəfindən istifadə edilə bilər. Nəzarət qurumları tərəfindən aparılan yoxlamalarda istixana şəraitində yetişdirilən giləmeyvələrdə, o cümlədən çiyələkdə tetrasiklin kimi maddələrin izlərinə rast gəlindiyi qeyd olunur.

Əsas problem isə ondadır ki, çiyələyin tərkibində antibiotik olub-olmadığını xarici görünüşünə görə müəyyən etmək mümkün deyil. Bu maddələr meyvənin dadına, qoxusuna və ya rənginə təsir göstərmir.

Riskləri azaltmaq üçün mütəxəssislər mövsümi, təbii şəraitdə yetişən çiyələklərə üstünlük verməyi tövsiyə edir. Adətən ən təhlükəsiz seçim may ayından iyulun sonuna qədər yetişən çiyələklər hesab olunur.

Erkən çiyələk alarkən isə etibarlı mənbələrdən alış etmək və məhsulu yaxşı yumaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun