Endokrinoloq Alessia Ronelt ağ çörəyi daha sağlam etmək üçün sadə bir üsul açıqlayıb.
E-saglam.az-ın məlumatına görə, həkim bildirib ki, çörəyi yeməzdən əvvəl dondurmaq tərkibindəki nişastanın strukturunu dəyişdirir və onu davamlı nişastaya çevirir.
Davamlı nişasta yavaş-yavaş həzm olunur, bu da toxluq hissini uzadır və qan şəkərindəki sıçrayışları azaldır. Bu üsul xüsusilə yaşlılar üçün faydalıdır, çünki onların qan şəkəri üzərində daha az təsir göstərir.
Ronelt qeyd edib ki, bu məsləhət yalnız çörək üçün deyil, digər nişastalı qidalar üçün də keçərlidir. Məsələn, yeməkdən əvvəl qaynadılmış kartofu və ya düyünü dondurmaq da eyni faydaya malikdir.
Bu sadə üsul gündəlik qidalanmada nişastalı məhsulları daha sağlam şəkildə istehlak etməyə imkan verir.
Tərcümə: Könül Oruc