Qidalanma
Ən zərərli suşi növləri
Qidalanma
13

Ən zərərli suşi növləri müəyyən edilib

Daily Mail- in verdiyi məlumata görə, qidalanma üzrə mütəxəssis Amanda Şerfi xəbərdarlıq edib ki, suşi yüksək keyfiyyətli protein və geniş çeşiddə vacib vitamin və mineralları özündə birləşdirən sağlam bir yemək kimi tanınır, lakin bunlardan bəziləri zərərli ola bilər.

E-saglam.az-ın məlumatına görə, Şerif qılıncbalığından hazırlanan saşimini civə tərkibinin yüksək ola bilməsi səbəbilə zərərli qidalar sırasına aid edib. O əlavə edib ki, Yapon mətbəxinin Qərb zövqlərinə uyğunlaşdırılması üçün ABŞ-də yaradılan Kaliforniya rulonları protein baxımından zəngin ola bilər, lakin adətən sağlam və təbii balıqdan deyil, emal olunmuş dəniz məhsullarından hazırlanır.

"Bu rulonlar adətən tərkibində emulqatorlar, ətirləndiricilər və rəngləndiricilər olan yağlı və duzlu balıq pastasından hazırlanmış imitasiya olunmuş xərçəng ətindən hazırlanır. Tərkibində çiy balıqla eyni miqdarda omeqa-3 yoxdur", - deyə o izah etdi. Kaliforniya rulonlarında daha çox ağ düyü və daha az yüksək keyfiyyətli protein olduğundan, onları yemək qan şəkərinin kəskin artmasına, ardınca isə yorğunluğa və aclığa səbəb ola bilər, - deyə qidalanma üzrə mütəxəssis xəbərdarlıq etdi.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun