Qəhvə içkiləri - latte, americano, espresso və başqaları - zərərli deyil, lakin onların istehlak vaxtı və həcmi bədənə zərər verə bilər.
E-saglam.az-ın məlumatına görə, bu barədə diyetoloq Tatyana Selezneva xəbərdarlıq etdi. O, "Arquments and Facts" ilə söhbətində qəhvənin ən zərərli növünü açıqlayıb.
Həkim gündə iki fincandan çox qəhvə içməməyi tövsiyə etdi. Eyni zamanda, sağlamlığa ən zərərli olanlar bu içkinin şəkər və ya şərbət kimi müxtəlif şirin əlavələri olan versiyalarıdır.
"Gecələr qəhvə içməyin yuxunu poza biləcəyini xatırlamağa dəyər", - dedi Selezneva.
O, həmçinin əlavə edib ki, qaymaq və süd qəhvənin təsirini yumşaldır, lakin içkiyə kalori əlavə edir.
Tərcümə: Könül Oruc