Ümumi praktikant Əmir Xan qəfil başlayan güclü baş ağrısının ciddi və həyati təhlükəli vəziyyətin əlaməti ola biləcəyi barədə xəbərdarlıq edib.
E-saglam.az xəbər verir ki, həkim “No Randevu Necessary” podkastında bildirib ki, qəfil və çox şiddətli baş ağrısı insult, beyin qanaması və ya anevrizma kimi təhlükəli problemlərin əlaməti ola bilər.
Onun sözlərinə görə, bu tip ağrı adi baş ağrısı və ya miqrendən fərqlənir. Ağrı qəfil başlayır, qısa müddətdə maksimum gücünə çatır və çox vaxt ürəkbulanma, nitqin pozulması və ya ətraflarda zəiflik kimi simptomlarla müşayiət olunur.
Terapevt qeyd edib ki, bu vəziyyət tibbdə “ildırımvari baş ağrısı” adlanır və ən təhlükəli baş ağrısı növlərindən biri hesab olunur.
Mütəxəssis belə hallarda ağrını dərmanla azaltmağa çalışmamağı tövsiyə edib. Onun sözlərinə görə, ən doğru addım dərhal təcili tibbi yardıma müraciət etməkdir.
Tərcümə: Könül Oruc