Faydalı
Ən qidalı balıq hansıdır? -
Faydalı

Ən qidalı balıq hansıdır? - Mövsümü gəlir, faydaları sonsuzdur

Diyetoloqlar tez-tez sağlam yağlarla və yüksək keyfiyyətli proteinlə zəngin olan balıqları tövsiyə edirlər. Ancaq ən qidalı balıq növü gözlənilməz ola bilər. Omeqa-3 yağ turşuları, D vitamini və yüksək keyfiyyətli zülalla zəngin olan qızılbalıq, sardina və hamsi kimi balıqlar gündəlik qida rasionunuzun vazkeçilməz hissələri arasındadır.

E-saglam.az xəbər verir ki, somon xüsusilə omeqa-3 yağ turşuları və D vitamini ilə zəngin olması ilə tanınır.

Yüksək keyfiyyətli protein tərkibi də qızılbalığı qiymətli edir.

Tuna eyni şəkildə sağlam yağların və zülalların mühüm mənbəyidir. Bununla belə, tuna balığının civə səviyyələrinə diqqət yetirmək lazımdır. Tuna kimi daha böyük balıqlarda civə daha yüksək ola bilər, ona görə də istehlak edilən miqdarda ehtiyatlı olmaq lazımdır.

Kiçik balıqların böyük faydaları

Sardina və hamsi kimi kiçik balıqlar həm qidalandırıcı, həm də civə baxımından az olduğu üçün təhlükəsiz şəkildə istehlak edilə bilər. Bu balıqlar xüsusilə kalsium, omeqa-3 və digər minerallarla zəngindir və sağlam qidalanmanın vazkeçilməz hissələrindəndir. Kiçik ölçülərinə baxmayaraq, sağlamlığa töhfələri böyük ola bilər.

Skumbriya və alabalıq kimi digər balıq növləri də yüksək qida dəyəri ilə diqqət çəkir. Skumbriya B12 vitamini və selenlə zəngindir və alabalıq aşağı civə tərkibi ilə sağlamdır. Bu balıqlar müntəzəm olaraq istehlak edildikdə ürək sağlamlığını dəstəkləyir, beyin funksiyalarını yaxşılaşdırır və ümumi sağlamlığa müsbət təsir göstərir.

Nəticə etibarı ilə qidalı balıqlar müntəzəm istehlak edildikdə sağlamlığa müsbət təsir göstərə bilər. Omeqa-3 yağ turşuları, D vitamini və yüksək keyfiyyətli proteinlə zəngin olan qızılbalıq, ton balığı, sardina və hamsi sağlam həyat üçün süfrələrinizdən əskik olmamalıdır. Sağlam və balanslı bir pəhriz üçün bu qidalı balıqları seçməkdə diqqətli olun.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun