
Göyərtilər orqanizm üçün əvəzolunmaz vitamin və minerallarla zəngindir. Lakin onların arasında eləsi var ki, faydalı təsirləri ilə digərlərindən seçilir.

E-saglam.az xəbər verir ki, mütəxəssislərə görə, ispanaq ən faydalı göyərtilərdən biridir.
İspanaq A, C, K, dəmir, maqnezium və fol turşusu baxımından olduqca zəngindir. Tərkibindəki antioksidantlar orqanizmi xərçəng və ürək-damar xəstəliklərindən qorumağa kömək edir. Göz, dəri və sümük sağlamlığı üçün də vacibdir.
Həzm sistemini tənzimləyir, qan azlığına qarşı təsirli hesab olunur və enerjini artırır. Xüsusilə yorğunluq, dəmir çatışmazlığı və zəif immun sistemi olanlar üçün mütəmadi ispanaq qəbulu tövsiyə olunur.
Qısa desək, bütün göyərtilər sağlamlıq üçün faydalıdır, lakin ispanaq bu siyahının başında gəlir.
Könül Oruc