Xəbərlər
Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü
Xəbərlər
3482

Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü

Əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynalxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə elə oradaca dünyasını dəyişib.

E-saglam.az Teleqraf-a istinadən xəbər verir ki, gənc xanım narkozdan sonra allergik şok keçirib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, T.Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayıb.

Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun