Sağlamlıq
Elektron siqaret beyin inkişafına
Sağlamlıq
130

Elektron siqaret beyin inkişafına mane olur

Elektron siqaretdən istifadə, xüsusilə gənclər arasında sürətlə yayılaraq sağlamlıq üçün ciddi təhlükə yaradır.

E-saglam.az-ın məlumatına görə, Ankara Universiteti Sinə Xəstəlikləri kafedrasının müəllimi Prof. Dr. Fatma Arslan bildirir ki, zahirən zərərsiz görünən, qəşəng dizaynlı və ətirli bu cihazların tərkibində nikotin olmadığı iddia olunsa da, əksər hallarda nikotin aşkarlanır. Bu maddə asılılıq yaradır və gənclərin beyin inkişafını mənfi yöndə təsirləndirir.

Mütəxəssis qeyd edir ki, elektron siqaret istifadəsi e-siqaretlə əlaqəli ağciyər zədələnməsi adlı yeni xəstəliyin yayılmasına səbəb olub. Bu vəziyyət qəfil nəfəs darlığı, öskürək, ağciyər qanaxması və tənəffüs çatışmazlığı ilə özünü göstərir və çox vaxt intensiv terapiya tələb edir. Dünyada bu səbəbdən ölüm halları qeydə alınıb.

Prof. Dr. Arslan əlavə edir ki, cihazların yaratdığı buxar uzun müddət havada qalaraq ətrafdakılara da zərər verə bilər. Onun tərkibindəki kimyəvi maddələr hətta sabunla belə tam təmizlənmir və körpələr də daxil olmaqla ətrafdakıların sağlamlığını təhlükə altına atır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun