American Journal of Human Biology jurnalında dərc olunan yeni araşdırma barmaq nisbətləri ilə asılılıqlar arasında əlaqə tapıb.
E-saglam.az xəbər verir ki, elmi işin müəllifləri Böyük Britaniyanın Suonsi Universiteti və Polşanın Lodz Tibb Universitetinin alimləri olub. Onlar anadan olmamışdan əvvəl bizə təsir edən hormonların alkoqol seçimlərimizə təsir edə biləcəyi fikrinə inanırdılar. Bu nəzəriyyəni yoxlamaq üçün müəlliflər tələbələrin iştirakı ilə eksperiment aparıblar.
Məlum olub ki, adsız barmaqları şəhadət barmaqlarından uzun olan iştirakçılar daha çox içməyə meyllidirlər. Bu, ana bətnində kişi hormonu testosteronun yüksək səviyyədə olmasının spirtə olan həvəsi artıra biləcəyini göstərir.
Tərcümə: Könül Oruc