Qidalanma
Ekspertdən xəbərdarlıq: Qırmızı ətin sağlamlıq probleminə çevrilməsinə
Qidalanma
297

Ekspertdən xəbərdarlıq: Qırmızı ətin sağlamlıq probleminə çevrilməsinə imkan verməyin

Qurban bayramı yaxınlaşdıqca süfrələrdə bol ət yer alır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, qırmızı ətin həddindən artıq və düzgün bişirilmədən istehlakı həzm problemləri, yüksək təzyiq, xolesterin artımı və qan şəkəri pozuntusu kimi sağlamlıq risklərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Yaşar Universitetindən biomühəndis Dr. Ece Yıldız Öztürk sağlam bayram keçirmək üçün bir neçə vacib tövsiyə verir.

 

Bayram səhərini yüngül və balanslı yeməklə başlamaq lazımdır. Haşlanmış yumurta, az duzlu pendir, tərəvəzlər və bitki çayı ilə səhər yeməyi həzmi asanlaşdırır. Yeni kəsilmiş ət sərt olur, həzmi çətinləşdirir. Ona görə də, ətin ən az 24 saat soyuducuda saxlanması tövsiyə edilir.

 

Qızartma və manqal kimi üsullar yerinə qaynatma və ya sobada bişirmə üsullarına üstünlük verilməlidir. Bu, həm ətin qida dəyərini qoruyur, həm də zərərli maddələrin yaranmasının qarşısını alır.

 

Təkcə ətlə dolu boşqablar əvəzinə, süfrəyə təzə tərəvəzlər, salatlar, zeytun yağlı yeməklər və tam taxıllı məhsullar da əlavə edilməlidir. Bu, qidalanmanı balanslı edir.

 

Bayram günlərində bol su içmək vacibdir. Su orqanizmin maye balansını qoruyur, həzmi tənzimləyir və toksinlərin atılmasına kömək edir.

 

Şirniyyat seçiminə də diqqət yetirmək lazımdır. Şərbətli, ağır desertlər əvəzinə süd və ya meyvə əsaslı yüngül şirniyyatlara üstünlük verilməsi qan şəkərinin tarazlığını qorumağa kömək edir.

 

Xroniki xəstəlikləri olan insanlar, xüsusilə ürək, şəkər və təzyiq problemi yaşayanlar yağsız, az duzlu və yaxşı bişmiş ət yeməlidirlər. Ağır sakatatlardan uzaq durmaq lazımdır.

 

Bayram günlərində yalnız yemək deyil, hərəkət də vacibdir. Gündəlik qısa gəzintilər həzmi dəstəkləyir, bədənə rahatlıq verir və artıq çəki yığılmasının qarşısını alır.

 

Dr. Öztürkün fikrincə, bayram süfrələri düzgün seçimlərlə həm dadlı, həm də sağlam ola bilər. Bunun üçün qida keyfiyyətinə və miqdarına diqqət yetirmək kifayətdir.

 

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun