Sağlamlıq
Ekspertdən kritik xəbərdarlıq:
Sağlamlıq
593

Ekspertdən kritik xəbərdarlıq: Pəncərələri açmayın!

Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Tevfik Özlü yaz aylarında polen sıxlığının artmasının allergiyası olan insanlar üçün ciddi narahatlıq yaratdığını bildirib.

E-saglam.az xəbər verir ki, o, xüsusilə səhər saatlarında çiçəkli və ya yaşıllıq olan ərazilərdən uzaq durmağı, evdə pəncərələri bağlı saxlamağı və mümkün qədər açıq havada uzun müddət qalmamağı tövsiyə edib.

Havaların isinməsi ilə birlikdə təbiətdəki tozcuqların miqdarı artır, bu da allergik reaksiyalara səbəb olur. Xüsusilə mövsümi allergiyası olan insanlarda asqırma, burun axması, boğaz qaşınması, göz sulanması və nəfəs darlığı kimi simptomlar müşahidə edilir. Prof. Dr. Tevfik Özlü, yaz allergiyasının bəzi insanlar üçün həyat keyfiyyətini ciddi şəkildə aşağı saldığını vurğulayaraq, vaxtında tədbir görməyin vacib olduğunu qeyd edib.

O, polenlərin ən çox səhər saatlarında havada sıx olduğunu bildirərək, allergiya problemi yaşayan insanların bu saatlarda çöldə vaxt keçirməmələrinin vacibliyini qeyd edib. Həmçinin, allergiya ilə bağlı mütəmadi olaraq həkimə müraciət etməyi və uyğun müalicə üsullarını öncədən təyin etməyi məsləhət görüb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun