
Norveçdə aparılan genişmiqyaslı araşdırmada yatmazdan əvvəl ekran qarşısında qalmağın yuxu rejiminə mənfi təsiri təsdiqlənib. Tədqiqat nəticələri göstərir ki, gecə saatlarında ekran qarşısında keçirdiyimiz vaxt yuxusuzluq riskini artırır.

E-saglam.az xəbər verir ki, Norveçdə 18-28 yaş arası 45.200-dən çox tələbənin iştirakı ilə aparılan tədqiqatda, yataqda telefon, planşet və ya kompüterlə vaxt keçirməyin yuxu rejiminə təsiri araşdırılıb. Tədqiqatın nəticələri göstərib ki, bu vərdiş yuxusuzluq və ümumi yuxu müddətinin azalması ilə birbaşa əlaqəlidir.
İştirakçılardan sosial mediadan istifadə, film izləmək, internetdə sörf etmək və oyun oynamaq kimi fəaliyyətləri qeyd etmələri istənilib. Analiz zamanı məlum olub ki, yataqda ekran qarşısında keçirilən hər bir saat yuxusuzluq riskini 59 faiz artırır və yuxu müddəti orta hesabla 24 dəqiqə azalır.
Tədqiqat Norveç Xalq Sağlamlığı İnstitutunun mütəxəssisi Dr. Gunnhild Johnsen Hjetlandın rəhbərliyi ilə həyata keçirilib və nəticələri beynəlxalq "Frontiers" jurnalında dərc olunub. ResMed UK-dən yuxu mütəxəssisi Coşua Piper BBC-yə açıqlamasında bildirib ki, bu araşdırma elektron cihazların yuxuya mənfi təsirini sübut edən dəyərli və artmaqda olan elmi sübutlara əlavədir.
Uzun və sağlam həyat üçün 10 qida
HuffPost-un uzunömürlülük üzrə mütəxəssislərə əsaslanaraq təqdim etdiyi qidalanma tövsiyələrinə görə, uzun və sağlam həyat üçün gündəlik rasionda aşağıdakı məhsullara yer verilməlidir:
Fermentləşdirilmiş qidalar, kələmkimilər (Brassicaceae), yağlı balıqlar, zeytun yağı, qatıq, tünd şokolad, bənövşəyi meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, toxumlar və pomidor.
Tərcümə: Könül Oruc