Dünyanın bir çox ölkəsində xəmir və içlikdən ibarət yeməklər var: ravioli, mantı, xəngəl, gürzə, varenik, pelmeni və əlbəttə düşbərə. Lakin ən dadlı milli yeməklərimizdən sayılan düşbərə də müəyyən problemlərə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, xəmir və ətdən ibarət yeməklərin zərərləri barədə mütəxəssislər xəbərdarlıq ediblər.
Onlar xəmir və ətdən ibarət yeməklərin zərərlərini qeyd ediblər:
1. Düşbərə və pelmeni çox yüksək kalorili yeməklərdir. Həkimlərin sözlərinə görə, məhsulun 100 qramında təxminən 300 kalori var. Ona görə də, gündə üç dəfə, həftənin yeddi günü, uyğun fiziki aktivlik olmadan düşbərə yemək bədəndə yağların yığılmasına səbəb olur.
2. Buğda qlüteni. Qlüten çölyak xəstəliyi olan, yəni taxılları həzm edə bilməyənlər üçün uyğun deyil. Bəzən qlütenə həssas enteropatiya adlanan çölyak xəstəliyi buğda, arpa və çovdarın tərkibində olan qlütenə qarşı orqanizmin immun reaksianın olmasıdır.
Əgər çölyak xəstəliyiniz varsa, qlüten yemək nazik bağırsağınızda immun reaksiyasına səbəb olur. Zamanla bu reaksiya nazik bağırsağınızın selikli qişasını zədələyir və müəyyən qida maddələrinin udulmasına mane olur.
3. Duz. Duz bədəndə qalaraq qan təzyiqini artıra bilər. Həmçinin, bu ədviyyat sayəsində bədəndə maye saxlanılır ki, bu da çəkinin artmasına səbəb olur.
4. Soya. Xərcləri azaltmaq üçün bəzi istehsalçılar qiymə ətə soya əlavə edirlər. Soya insan orqanizmində estrogen istehsalını stimullaşdıran izoflavonlar ehtiva edir. Nəticədə hormonal balans dəyişir, bu da maddələr mübadiləsinin pozulmasına, ürək-damar xəstəliklərinin inkişafına, orqanizmin cinsi funksiyasının pisləşməsinə səbəb olur.
5. Xolesterin. Ətdə xolesterin var, onun artıq qəbulu ürək-damar patologiyasına səbəb ola biləcək xolesterin lövhələrinin əmələ gəlməsi ilə nəticələnir. (yenisabah.az)