Son zamanlar sosial mediada və müxtəlif platformalarda müəyyən qan qruplarının digərlərindən daha tənbəl olduğu barədə şayiələr yayılıb.
E-saglam.az xəbər verir ki, xüsusilə süni intellektin təhlillərinə əsaslanan bu iddialar tez bir zamanda populyarlıq qazanıb.
Beləliklə, hansı qan qrupu "ən tənbəl" kimi təsnif edilir?
Məlumatlar və iddialar
Süni intellektin təhlillərinə əsasən, müəyyən qan qrupları arasında davranış fərqləri olduğu irəli sürülür. Bu təhlillərdə iddia edilir ki, bəzi şəxsiyyət xüsusiyyətləri qan qrupundan asılı olaraq dəyişə bilər. Xüsusilə III qan qrupu olan insanların daha çox “tənbəl” kimi qəbul edildiyi qeyd edilir.
III qan qrupu haqqında fikirlər
Bu qan qrupu ilə bağlı məlumdur ki, III qan qrupu fərdləri ümumiyyətlə azad ruhlu, müstəqil və rahat təbiətlidirlər. Bu xüsusiyyətlər bəzən kənardan intizamsızlıq və ya tənbəllik kimi qəbul edilə bilər. Azadlıq və rahatlıq axtaran bu insanlar heç də həmişə tənbəl deyillər, sadəcə öz seçdikləri şəkildə yaşamağı üstün tuturlar.
Enerji və motivasiya
III qan qrupunun ən diqqət çəkən xüsusiyyətlərindən biri onların yalnız maraqlandıqları mövzularda motivasiya olmalarıdır. Bu insanlar onları həyəcanlandıran işlərdə çox enerjili ola bilərlər, lakin maraqsız işlərdən uzaq durmağa meyllidirlər. Bu səbəbdən kənardan tənbəl kimi görünə bilərlər.
Diqqət problemləri
III qan qrupu olan insanlar uzunmüddətli hədəflərə fokuslanmaqda çətinlik çəkə bilirlər. Qısamüddətli və maraqlı layihələrdə uğur qazansalar da, səbir tələb edən uzunmüddətli işlərdə enerjilərini tez itirə bilirlər. Bu xüsusiyyət onların kortəbii və çevik təbiətindən qaynaqlanır.
Digər qan qrupları haqqında
I qan qrupu: Daha intizamlı və lider xüsusiyyətləri ilə tanınır. Uzunmüddətli hədəflərə daha asan fokuslana bilirlər.
II qan qrupu: Təşkilatçılıq və sabitlik ilə xarakterizə olunur, səbrli və sistematikdirlər.
IV qan qrupu: Bu insanlar adətən emosional və kompleks düşüncə tərzinə sahib olurlar, lakin motivasiya baxımından dəyişkən ola bilərlər.
Tərcümə: Könül Oruc