
Qidalanma ilə bağlı müxtəlif tövsiyələr olsa da, sağlamlıq faydalarını axtaranlar üçün doğru seçim etmək çətin ola bilər.

E-saglam.az xəbər verir ki, Men's Health jurnalına görə, Dr. Paul Berryman dünyanın ən sağlam yeməyini yaratmaq üçün 4000-dən çox sağlamlıq iddiasını qiymətləndirib və nəticədə üç yeməkdən ibarət nahar təklif edib.
Başlanğıcı: Dr. Berryman, somon balığından başlayır. Omeqa-3 yağ turşuları ilə zəngin bu balıq, iltihabla mübarizə aparmağa və beyin ilə ürək sağlamlığını qorumağa kömək edir. Zeytun yağı sousu isə polifenollarla doludur, bu da qan şəkərinin səviyyəsini yaxşılaşdırır və həzmi dəstəkləyir.
Əsas yemək: Toyuq və mərciməkli güveç, həm heyvan, həm də bitki zülalını ehtiva edir, əzələ və sümük sağlamlığını dəstəkləyir. Tərəvəz və paxlalı bitkilərlə zəngin bu yemək, sağlam xolesterol səviyyəsini qorumağa və xəstəlik risklərini azaltmağa kömək edir. Dr. Berryman, güveçi tam taxıllı çörək ilə təqdim etməyi təklif edir.
Desert: Qozlu yoqurt blancmange, sağlam bir şirniyyat seçimidir. Yoqurt bağırsaqlara faydalı probiyotiklər təqdim edir və sümük sağlamlığı üçün kalsium ehtiva edir. Qoz isə ürək sağlamlığı, həzm və əhval-ruhiyyə üzərində müsbət təsir göstərir.
Dr. Berrymana görə, balanslı qidalanma, sağlam bədən çəkisini qorumaq və müxtəlif qidaları düzgün nisbətdə yemək sağlamlığın əsasını təşkil edir. Bu üç yemək həm qida maddələri ilə zəngindir, həm də dadlıdır.
Tərcümə: Könül Oruc