“Dünyanın ən kasıb prezidenti” kimi tanınan Uruqvayın keçmiş prezidenti Xose Muxika 89 yaşında vəfat edib.
E-saglam.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə hazırkı Uruqvay Prezidenti Yamandu Orsi "X" sosial media platformasında paylaşım edib. O, "Pepe" ləqəbi ilə tanınan Muxikanın paytaxt Montevideoda dünyasını dəyişdiyini açıqlayıb.
Qeyd edək ki, X.Muxika 2010-2015-ci illərdə Uruqvay Prezidenti vəzifəsində çalışıb. O, sadə həyat tərzi, təvazökarlığı və xalqa yaxınlığı ilə bütün dünyada tanınıb və hörmət qazanıb.
Muxica 2021-ci ildə qida borusunda bədxassəli şiş diaqnozu qoyulduğunu və aktiv siyasətdən uzaqlaşdığını açıqlamışdı.
Sabiq prezident xəstəliyiqaraciyərinə keçdiyi üçün müalicə almaqdan imtina etmişdi. O, ölməzdən əvvəl vəsiyyətində iti Manuelanın yanında sekoya ağacının altında basdırılmaq istədiyini bildirmişdi.
Olke.az