Xəbərlər
Dünyanın alkoqol düşkünü olan
Xəbərlər

Dünyanın alkoqol düşkünü olan bölgəsi açıqlandı - 12 litr içirlər

Avropa İttifaqı (Aİ) dünyada ən çox spirtli içki istehlak edən regiondur.

E-saglam.az-ın məlumatına görə, bu barədə fevralın 3-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Mətbuat Xidməti açıqlama verib.

ÜST-dən bildirilib ki, Avropa İttifaqında (Aİ) alkoqol istehlakı son on ildə dəyişməz qalıb, bu da Aİ-ni dünyada ən yüksək alkoqol istehlakına sahib region edir. Hazırda Aİ alkoqol istehlakını azaltmağa yönəlmiş qlobal və regional hədəflərə çatmaqdan uzaqdır.

Həmçinin qeyd olunub ki, mütəxəssislər alkoqol istehlakının azaldığı və ya aşağı səviyyədə qaldığı ölkələrin təcrübəsini öyrənmək üzərində çalışırlar.

Son məlumatlara görə, dünyanın ən çox spirtli içki istehlak edən ölkələri sırasına Latviya və Litva başçılıq edir. Baltikyanı ölkələrin sakinləri ildə orta hesabla 12 litr spirtli içki istehlak edirlər.(oxu.az)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun