
Bir neçə araşdırma institute tərəfindən dünyada yuxu nizamı və yuxu keyfiyyəti ilə bağlı geniş araşdırma aparılıb. Aparılan genişmiqyaslı araşdırmada ölkə əhalisinin ortalama yatma və qalxma saatları analiz edilib.

E-saglam.az sfera.az-a istinadən xəbər verir ki, araşdırmaya görə, əhalisinin ən çox yatdığı ölkələr arasında Yeni Zelanda (447 dəqiqə, təqribən 7 saat 27 dəqiqə), Avstraliya (440 dəqiqə), İsveç (435 dəqiqə) və Danimarka (434 dəqiqə) ön sırada yer alır.
Bu ölkələrdə, insanların yatma və qalxma saatları daha nizamlı və yuxu müddəti daha uzun olur. Digər tərəfdən, yuxu müddətinin ən qısa olduğu ölkələr arasında Yaponya (352 dəqiqə), Səudiyyə Ərəbistanı (362 dəqiqə), Filippinlər (368 dəqiqə), Tayvan (381 dəqiqə) və Honq Konq (399 dəqiqə) var. Bu ölkələrdə, gecə saatlarına qədər aktivlik və texnologiya istifadəsi yuxu müddətini azaldır.
Türkiyədə insanlar ortalama 23:00-da yatağa girir və səhər 08:02-də oyanır, bu da 395 dəqiqəlik (təqribən 6 saat 35 dəqiqə) yuxu müddətini göstərir. Bu, dünya üzrə ortalama bir səviyyədir.
Azərbaycanda isə insanların ortalama yuxu müddəti təxminən 7-8 saat arasında dəyişir, lakin bu da fərdi ehtiyaclara görə dəyişə bilər. Məsələn, məktəbli uşaqlar 9-11 saat, yəni təqribən 21:00-07:30 aralığında, yetkin insanlar 23:00-00:00-dan 06:30-07:30 aralığında yuxuda olurlar.
Yuxu müddətinə təsir edən amillər arasında gün batımının vaxtı, iş və həyat tempi, mədəniyyət vərdişləri və texnologiya istifadəsi mühüm rol oynayır. Alimlər, daha keyfiyyətli yuxu üçün nizamlı yuxu saatı yaratmağı, yatmadan əvvəl ekran vaxtını azaltmağı, kofein və ağır qidalardan çəkinməyi və rahatlaşdırıcı yuxu mühiti hazırlamağı tövsiyə edirlər.