Gözəllik-dəb
Dünyaca məşhurların gənc qalma sirri:
Gözəllik-dəb

Dünyaca məşhurların gənc qalma sirri: İncə qırışları yox edir, dərini cavanlaşdırır

E-saglam.az xəbər verir ki, itburnu yağı əsas yağ turşuları, vitaminlər və antioksidantlarla zəngin olub, dərini yeniləyir, qırışları azaldır və parlaqlıq verir. Dünyaca məşhurlar bu yağı istifadə edirlər.

Dərinin sağlamlığını qoruyur

Omega 3, 6, 7 və 9 ilə zəngin olan itburnu yağı hüceyrələri qidalandırır və bərpa edir. A vitamini retinolla rəqabət apararaq qırışların qarşısını alır, C və E vitaminləri isə dərini ətraf mühitin zərərindən qoruyur.

Çox yönlü faydaları

Nəmləndirir və elastiklik verir – A və C vitaminləri dərini dərinləşdirərək quruluğun qarşısını alır.

Dəri tonunu bərabərləşdirir – Sızanaq izləri və hiperpiqmentasiyanı azaldır.

Qocalmanı ləngidir – Antioksidantlar sərbəst radikallarla mübarizə aparır.

Həssas dərini sakitləşdirir – İltihab əleyhinə xüsusiyyətləri qızartını azaldır.

Yüngül tekstura – Tez hopur və məsamələri bağlamır.

İstifadə qaydası:

Səhər və axşam 2-3 damcı yağı ovuşduraraq üz və boyuna masaj edin. Gecə dərinizi bərpa edərkən, gündüz isə makiyaj altlığı kimi istifadə edə bilərsiniz. Ən yaxşı effekt üçün nəmləndiricinizə əlavə edin.

Diqqət! Allergik reaksiya riskinə qarşı mütəxəssis məsləhəti alın.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun