Xəstəliklər
Dünəndən qalan yeməklər iltihaba və
Xəstəliklər
139

Dünəndən qalan yeməklər iltihaba və babasilə səbəb olur?

Diyetoloq Aleksandr Burlakov “dünən bişmiş yeməklərin zərərli olması” barədə yayılan fikirlərə aydınlıq gətirib.

E-saglam.az xəbər verir ki, o, bildirib ki, ixtisaslaşmış tibb cəmiyyətlərinin tövsiyələrinə əsasən, yemək soyuducuda +4°C-dən aşağı temperaturda saxlanılırsa, 3–4 gün ərzində təhlükəsiz şəkildə istehlak oluna bilər.

Burlakov vurğulayıb ki, klinik və epidemioloji məlumatlar “dünənki yeməyin” hər hansı zərər yaratdığını göstərmir. Risk gündəlik təzə yemək hazırlamamaqla deyil, temperatur rejimi və gigiyena qaydalarının pozulması ilə bağlıdır.

Mütəxəssis əlavə edib ki, belə yeməklər sistemik iltihab, hemoroid və ya digər xəstəliklərin yaranmasına səbəb olmur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun