Xəbərlər
Dubay şokoladının içindən çıxan şok etdi!
Xəbərlər
165

Dubay şokoladının içindən çıxan şok etdi! 6 yaşlı uşaq boğulurdu

Diyarbakırın Kayapınar rayonunda marketdən alınan Dubay istehsalı şokolad 6 yaşlı uşağın boğulma təhlükəsi yaşamasına səbəb olub.

E-saglam.az xəbər verir ki, uşaq şokoladı yedikdən sonra qəfildən nəfəs almaqda çətinlik çəkib. Anasının vaxtında müdaxiləsi olmasaydı, hadisə faciə ilə nəticələnə bilərdi.

İçindən plastik parça çıxdı

Valideynlərin sözlərinə görə, uşaq qəfildən nəfəs ala bilmədikdə, ana tez reaksiya göstərərək onun ağzındakı maddəni çıxarıb. Daha sonra şokoladı diqqətlə araşdıran ailə içərisində neylon/plastik parçalara rast gəlib.

Hadisə zamanı ailənin yaşadığı qorxulu anları danışan ata Yakup Kurttekin bildirib:

"Həyat yoldaşım telefonda dedi ki, balaca qızımın boğazına nəsə ilişib. Müdaxilə etdikdə uşağın ağzından plastik parça çıxartdıq. O an nə baş verdiyini anlamaq çətin idi. Allahın köməyi ilə vaxtında müdaxilə etdik, əks halda nəticə ağır ola bilərdi".

Nə rəsmi açıqlama var, nə də nəzarət

Hadisədən sonra valideynlər məsələni ictimailəşdirərək aidiyyatı orqanlardan nəzarəti gücləndirməyi tələb ediblər. Onlar bu cür halların təkrar yaşanmaması üçün qida məhsullarına nəzarətin ciddi şəkildə aparılmasının vacibliyini vurğulayıblar.

 

Hadisə ilə bağlı aidiyyatı qurumlardan hələlik heç bir rəsmi açıqlama verilməyib. Uşaq isə hazırda yaxşı vəziyyətdədir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun