
Ankarada yaşayan 58 yaşlı Naciye Coşqun ötən il birinci mərhələ döş xərçəngi diaqnozu aldı. 4 doza kimyaterapiya, 32 dövr radioterapiya aldı və əməliyyatla sağaldı.

E-saglam.az xəbər verir ki, müalicə zamanı nəfəs darlığı və yorğunluq şikayətləri səbəbilə aparılan müayinələrdə aorta qapağında ciddi daralma aşkarlandı. 6,5 saat davam edən açıq ürək əməliyyatı ilə metal qapaq taxıldı. Hazırda vəziyyəti stabildir.
“Xərçəng müalicəsi zamanı nəfəsim daralırdı, pilləkən çıxanda çətinlik çəkirdim. Əvvəl xərçəngə qalib gəldim, sonra ürəyimdən əməliyyat oldum. İndi hər şey yaxşı gedir”, – deyə qadın bildirib.
Sincan Tədris və Araşdırma Xəstəxanasının ürək-damar cərrahı Prof. Dr. Bülent Sarıtaş bildirib ki, xəstənin aorta qapağında kirəclənmə və daralma olub, bu səbəbdən qapaq tam çıxarılaraq əvəz edilib. “Nəfəs darlığı, sinə ağrısı, ürək döyüntüsü, gecələr hava çatışmazlığı yaşayan hər kəs kardioloji müayinədən keçməlidir”, – deyə o bildirib.
Həkim ürək-damar xəstəliklərinin siqaret, şəkərli diabet, qeyri-sağlam qidalanma, stress və genetik amillərlə bağlı artdığını deyib: “ÜST-ə görə, dünyada ildə 18 milyon, Türkiyədə isə təxminən 200 min insan bu səbəbdən həyatını itirir. Vaxtında diaqnostika və müalicə həyatı xilas edə bilər”.
Tərcümə: Könül Oruc