Xəbərlər
Döş implantı məşhur modelin
Xəbərlər

Döş implantı məşhur modelin sinəsini çürüdüb

“America's Next Top Model” yarışmasının birinci mövsümünün qalibi Edrrien Karri döş implantlarının təbii döşlərini çürütdüyünü açıqlayıb.

E-saglam.az OLAY-a istinadla xəbər verir ki, 42 yaşlı keçmiş model yaşadığı ağrılı təcrübəni açıqlamaqla qadınları əməliyyatın təhlükələri barədə xəbərdarlıq edib. O, bu barədə “The U.S. Sun” nəşrinə müsahibə verib.

“Gənc idim və döşlərim mükəmməl idi. Ölçüsü B və C arasında idi, bundan razı idim. Amma bilirdim ki, məndə genetik qüsur var, sinəmin sağ tərəfi içəri batırdı. Bacımda da eyni problem var. Sanki kimsə sinəmə təpik vurmuş kimi görünürdü. Bu deformasiyaya görə, silikon implantlar hələ bazara çıxmamışdan əvvəl ondan istifadə etmək üçün mənə xüsusi icazə verildi. Hər kəsin döş əməliyyatı keçirdiyi Los-Ancelesdə bunun normal olduğunu düşündüm”, - Karri deyib.

2006-cı ildə cərrahiyyə əməliyyatı üçün 15.000 dollar ödədikdən sonra bədənim implantları dərhal rədd etdi. Ciddi sinir zədəsi aldım. Sinə əzələlərim kəsildiyi və qabırğamdan ayrıldığı üçün qollarımı ağrısız qaldıra bilmirəm”, - Karri etiraf edib.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun