Donuz qoxusu beyin funksiyasını stimullaşdırır və əhval-ruhiyyəni yaxşılaşdırır.
E-saglam.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Materialın müəlliflərinin istinad etdiyi ekspertlərin fikrincə, bekonda beyin hüceyrələrinin fəaliyyətini oyandıran 150-ə qədər ətir ola bilər. Bu qoxunun özü iybilmə, diqqət, yaddaş və məlumatı emal etmək qabiliyyətini yaxşılaşdırır. Bundan əlavə, serotonin və dopamin istehsalını təşviq etdiyi üçün əhval-ruhiyyəni yaxşılaşdırır.
Elmi eksperimentin müəlliflərindən biri, Lissabon Universitetinin professoru Hugo Alexandre Ferreira bütün bu üstünlüklərə baxmayaraq, donuzdan sui-istifadə edilməməsi lazım olduğuna diqqət çəkib. O izah edib ki, bu məhsul yalnız ölçülü və balanslaşdırılmış pəhrizin bir hissəsi kimi istehlak edildikdə fayda verir.
Tərcümə: Könül Oruc