Yay aylarında tez-tez rast gəlinən ani və kəskin baş ağrıları, xüsusilə də dondurma və digər soyuq qidalar yeyildikdə ortaya çıxan bu hal, "beyin donması" olaraq tanınır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vəziyyət damaqdakı sinirlərin soyuğa reaksiya verməsi nəticəsində yaranır. Soyuq qidalar ağız boşluğuna sürətlə toxunduqda sinirlər beynə ağrı siqnalları göndərir və bu da qısa müddətli, lakin kəskin baş ağrısına səbəb olur.
Beyin donmasının əsas simptomları:
Ani başlayan alın və ya göz ətrafı ağrı
Bir neçə saniyədən 1 dəqiqəyə qədər davam etmə
Nadir hallarda ürəkbulanma və başgicəllənmə
Qarşısını almaq üçün nə etməli?
– Dondurmanı yavaş-yavaş yemək
– Dili damağa sıxaraq istiliyi bərpa etmək
– Ağızı ilıq su ilə yaxalamaq
– Ağrılar şiddətlidirsə, həkimə müraciət etmək.
Həkimlər xəbərdarlıq edirlər ki, xüsusilə miqren xəstələri bu tip ağrılara daha həssas olur və soyuq qidalar miqren tutmalarını tətikləyə bilər. Bu səbəbdən yayda sərinləmək istərkən diqqətli olmaqda fayda var.
Sadə tədbirlərlə qarşısı alına bilən bu hal adətən təhlükəli deyil, amma tez-tez təkrarlanırsa, mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc