Sosial
Doğulduqdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi –
Sosial

Doğulduqdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi – müalicəsinə 60 min lazımdır – Video

Onun xəstəliyini valideynləri doğuşdan 15 gün sonra aşkarlayıblar. Məlum olub ki, uşağın beldən aşağı hissəsində hərəkət yoxdur. Həkim müayinəsindən sonra bəlli olub ki, Sübhanın bədxassəli şişi var. O, Milli Onkologiya Mərkəzində qeydiyyatdadır. 

İki il bundan öncə bel nahiyyəsindən əməliyyat olunub, ximyalar qəbul edib. 

Hazırda Sübhanın ayaqları deformasiya olunub, sümükləri əyilir. O, 7 yaşı olmasına baxmayaraq, hələ də yeriyə bilmir. Azərbaycanda həkimlər valideyninə yeriyə bilməyəcəyini desələr də, türkiyəli həkim əksini bildirib.

Anası Dilşad Əliyevə Musavat.com-a bildirib ki, Türkiyədə Emsey xəstəxanasında çalışan həkim onun il yarım ərzində ayağa qalxma şansının olduğunu deyib. Türkiyəli həkimin sözlərinə görə, Sübhan 3 dəfə əməliyyat olunacaq və bu işə 5 həkim cəlb olunacaq. Və bundan sonra il yarım ərzində ayağa qalxacaq.  Hazırda Sübhanın əməliyyatı üçün 60 min manat məbləğində pul tələb olunur. Anası Dilşad xanım deyir ki, ailənin bu pulu ödəmək imkanı yoxdur, buna görə də onlar insanlardan kömək istəyir. 

Bank hesabı : Leo bank 4098 5844 6511 7735

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun