Sağlamlıq
Doğrama taxtaları böyük təhlükə yaradır:
Sağlamlıq
217

Doğrama taxtaları böyük təhlükə yaradır: Bu halı görsəniz, dərhal evdən çıxarın

Mətbəxin ayrılmaz hissəsi olan doğrama taxtaları, göründüyündən daha böyük təhlükə mənbəyi ola bilər.

E-saglam.az bildirir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə cızıqlarla dolu doğrama lövhələri qida təhlükəsizliyi üçün ciddi risk yaradır.

Zamanla üzərində çoxlu cızıq və yivlər yaranan doğrama taxtaları zərərsiz görünsə də, bu boşluqlar bakteriyaların toplanması və çoxalması üçün əlverişli şərait yaradır. Bu mikroorqanizmlər daha sonra çarpaz çirklənmə yolu ilə qidalar vasitəsilə orqanizmə daxil olaraq zəhərlənmələrə səbəb ola bilər. Mütəxəssislər belə lövhələri dərhal yeniləri ilə əvəz etməyi tövsiyə edir.

Qida gigiyenası qaydalarına əsasən, çiy və bişmiş məhsullar üçün fərqli doğrama taxtalarından istifadə olunmalıdır. Təmizləmə zamanı isti su və sabun işlədilməli, qurulama üçün isə kağız dəsmallara üstünlük verilməlidir. Bu, bakteriyaların yayılmasının qarşısını almaqda təsirli üsullardan biridir.

Əlavə risk isə zədələnmiş plastik doğrama lövhələrindən gəlir. 2024-cü ildə Environmental Science & Technology jurnalında dərc olunan araşdırmaya görə, bu cür lövhələrdə qida hazırlanarkən mikroplastik hissəciklər qidaya qarışa bilər. Araşdırma göstərib ki, belə lövhələrdən istifadə edən insanlar ildə təxminən 50 qram mikroplastiki bilmədən qəbul edə bilər.

5 millimetrdən kiçik bu hissəciklər insan orqanizmində toplanaraq iltihab, ürək-damar xəstəlikləri və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Hərçənd ki, mövcud elmi məlumatlara əsasən bu risk yüksək hesab edilmir, mütəxəssislər mikroplastiklərin uzunmüddətli təsirlərinin hələ də tam araşdırılmadığını bildirirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun