Diyetoloq Olqa Yablokova quzu ətinin çoxlarının düşündüyü kimi yalnız ağır və yağlı məhsul olmadığını, əksinə bəzi sağlamlıq faydaları da daşıdığını bildirib.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, quzu əti hem dəmir baxımından zəngindir və bu, hemoglobin istehsalı və qanda oksigen daşınması üçün vacib rol oynayır. Bu göstərici ilə quzu əti bəzi digər ət növlərini də qabaqlayır.
O, həmçinin quzunun B qrup vitaminləri, xüsusilə B12 və B6 ilə zəngin olduğunu qeyd edib. Bu vitaminlər sinir sisteminin normal fəaliyyəti və enerji mübadiləsi üçün əhəmiyyətlidir.
Bundan əlavə, quzu ətində yüksək keyfiyyətli protein və L-karnitin olması onun əzələ kütləsinin qorunmasına və enerji istehsalına dəstək verdiyini göstərir.
Tərcümə: Könül Oruc