Qidalanma
Diyetoloq qızartma üçün daha
Qidalanma
14

Diyetoloq qızartma üçün daha təhlükəsiz yağları açıqlayıb

Qızartmadan tam imtina etmək mümkün olmadıqda, düzgün yağ seçimi sağlamlıq baxımından riski azalda bilər.

E-saglam.az xəbər verir ki, diyetoloq Yuliya Zinçenkonun sözlərinə görə, əsas problem yağların yüksək temperaturda qızdırılması zamanı kanserogen maddələrin yaranmasıdır. Bundan əlavə, qızardılmış qidalar həzmi çətinləşdirir, ürəkbulanma, şişkinlik və bəzi hallarda dəri problemlərinə səbəb ola bilər.

Mütəxəssis qızartma üçün yağ seçərkən iki əsas meyara diqqət yetirməyi tövsiyə edir: yüksək tüstü nöqtəsi və təmizlənmiş (rafinə olunmuş) olması.

Qızartma üçün daha uyğun hesab edilən yağlar bunlardır:

- Rafinə olunmuş zeytun yağı

- “Yüksək oleik” tərkibli günəbaxan yağı

- Kokos yağı

- Fıstıq yağı

- Xurma və xurma ləpəsi yağı

Kərə yağı, əridilmiş yağ və heyvan piyləri texniki olaraq yüksək tüstü nöqtəsinə malik olsa da, tərkibində doymuş yağların çox olması səbəbindən sağlam seçim hesab olunmur.

Mütəxəssislər qeyd edir ki, mümkün olduqda qızartma əvəzinə bişirmə, qaynatma və ya buxarda hazırlama üsullarına üstünlük verilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun