Müəyyən edilib ki, qışda əlavə çəki yığmaq daha asan, arıqlamaq isə daha çətindir.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, diyetoloq Zoya Boqdanova Sputnik radiosuna müsahibəsində soyuq mövsümdə sürətli kökəlmənin səbəblərini açıqlayıb.
Boqdanova iddia edir ki, qışda bədən düzgün termorequlyasiya üçün enerji mənbəyi kimi zəruri olan yağları saxlayır. Diyetoloqun fikrincə, bu, normal fizioloji prosesdir və onu dayandırmaq mümkün deyil. Bununla belə, mütəxəssis onun dəyişdirilə biləcəyinə əmindir ki, yağ əvəzinə əzələ yığılsın: "Qışda yağ yığılmasının qarşısını almağın ən asan yolu bir növ aerobik məşqlə məşğul olmaqdır".
Bundan əlavə, Boqdanova qış mövsümündə sadə karbohidratlardan imtina etməyi və ya onların istehlakını yarıya endirməyi məsləhət gördü. O, onları liflə zəngin olan kompleks karbohidratlarla əvəz etməyi təklif etdi.
Mütəxəssis həmçinin xəbərdarlıq etdi ki, qışda protein qəbulunu məhdudlaşdırmamalısınız, çünki bu, maddələr mübadiləsinin yavaşlamasına və əlavə çəki qazanılmasına səbəb olur. Nəhayət, soyuq mövsümdə belə kifayət qədər su içməyi unutmamağı tövsiyə etdi.
Tərcümə: Könül Oruc