Faydalı
Diyetoloq "okroşka"nın faydalarını sadaladı:
Faydalı
1240

Diyetoloq "okroşka"nın faydalarını sadaladı: Həzmi yaxşılaşdırır, bağırsaqları nizamlayır...

Diyetoloq Olqa İliçeva "okroşka"nın faydalarından bəhs edib.

E-saglam.az xarici mediaya əsasən xəbər verir ki, nutrisiooloq İlyiçeva diqqəti "okroşka"da olan soyuq təzə kartofun davamlı nişasta mənbəyi olmasına diqqət çəkib. Belə ki, bu, faydalı bağırsaq bakteriyaları üçün qida kimi xidmət edən xüsusi bir lif növüdür. Davamlı nişastanı emal edərək, bakteriyalar bağırsaq divarlarının vəziyyətinə faydalı təsir göstərən bütirik turşu da daxil olmaqla qısa zəncirli yağ turşuları istehsal etməyə başlayır. Nəticədə bağırsaqlar və onun selikli qişaları zədələnmədən daha yaxşı qorunur. Bundan əlavə, davamlı nişasta istehlakı yağ yandırılmasını yaxşılaşdırır.

İlyiçeva qeyd edib ki, kartofu şalgamla əvəz etməklə "okroşka" versiyasını hazırlaya bilərsiniz.

Bundan əlavə, qidalanma mütəxəssisi yeməyə ədviyyat əlavə etmək üçün təbii maddələrdən istifadə etməyi tövsiyə edib.

Siz həmçinin okroşkanı təbii fermentləşdirilmiş süd məhsulları - kefir, qatıq, asidofil ilə ədviyyatlı edə bilərsiniz.

""Okroşka"nın tərkibində çoxlu miqdarda lif var, bu da sizə toxluq hissi verir və uzun müddət aclığı aradan qaldırır, həzm sisteminin işini yaxşılaşdırır və bağırsaqların nizamlılığını qoruyur", - deyə, ekspert vurğulayıb.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun