Tibbi xəbərlər
Diyetoloq mədəni məhv edirən vərdişləri
Tibbi xəbərlər
156

Diyetoloq mədəni məhv edirən vərdişləri müəyyən edib

Mədə-bağırsaq problemləri əksər hallarda təsadüfi yaranmır, gündəlik vərdişlərin nəticəsi olur.

E-saglam.az  xəbər verir ki, bu barədə diyetoloq Maksim Lisovski məlumat verib.

Mütəxəssis bildirib ki, ən çox rast gəlinən səhvlərdən biri səhər acqarına qəhvə içməkdir. Bu zaman mədə turşu ifraz edir və qida olmadıqda selikli qişa qıcıqlanır. Qəhvə bu prosesi daha da gücləndirərək reflüks riskini artırır.

Onun sözlərinə görə, günə bir stəkan ilıq su ilə başlamaq və qısa müddət sonra yüngül səhər yeməyi qəbul etmək daha doğrudur. Omlet və ya kəsmik kimi qidalar mədə üçün daha uyğun hesab olunur. Quru qidalanmadan da çəkinmək tövsiyə edilir.

Diyetoloq qeyd edir ki, yemək zamanı çox maye qəbul etmək həzm prosesinə mənfi təsir göstərə bilər. Həddindən artıq su fermentlərin təsirini zəiflədir və qidanın tam parçalanmadan bağırsaqlara keçməsinə səbəb olur. Bu isə şişkinlik və qaz problemləri yarada bilər.

Lisovski həmçinin tez-tez və səbəbsiz qəlyanaltı etməyin düzgün olmadığını vurğulayır. Gündə 5-6 dəfə yemək vərdişi bəzən orqanizmi həddindən artıq yükləyir və artıq çəkiyə gətirib çıxarır. Yeməklər arasında 3-4 saat fasilə saxlamaq daha məqsədəuyğundur.

Gec saatlarda qidalanmaq da mədə üçün zərərlidir. Bu, səhər ürəkbulanma və ağızda turş dad kimi narahatlıqlara səbəb ola bilər. Son yeməyin yatmazdan ən azı 3-4 saat əvvəl qəbul edilməsi tövsiyə olunur.

Mütəxəssis əlavə edir ki, stress altında və ya tələsik şəkildə yemək də həzm sisteminə mənfi təsir göstərir. Bu zaman orqanizmdə qan axını dəyişir, həzm prosesi zəifləyir və mədə-bağırsaq funksiyası pozulur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun