Diyetoloq lifin orqanizm üçün faydalarını
Diyetoloq lifin orqanizm üçün faydalarını

Diyetoloq Starodubova maddələr mübadiləsi üçün faydalı qidaları adlandırıb.

E-saglam.az xəbər verir ki, lif mədə-bağırsaq traktının fəaliyyətini gücləndirdiyi üçün pəhrizin ən vacib komponentlərindən biridir. Bu barədə tibb elmləri doktoru, Moskva Səhiyyə İdarəsinin baş ştatdankənar diyetoloqu Antonina Starodubova məlumat verib.

Onun sözlərinə görə, pəhriz lifi (lif) mikrobiotanı - orqanizmin K vitamini, B vitamini və orqanizm üçün vacib olan bir sıra yağ turşularını istehsal edən fabrikini qidalandırır. Bu mikroelementlər qan dövranı, ürək-damar, endokrin, sinir və immun sistemlərin fəaliyyətini yaxşılaşdırır. Lif çox faydalıdır, lakin ruslar liflə zəngin qidaları çox az istehlak edirlər.

Pəhrizdə lifin əsas mənbələri meyvələr, tərəvəzlər, tam taxıllar, giləmeyvə, dənli bitkilər, paxlalılar və qoz-fındıq olmalıdır. Və, bir qayda olaraq, insanlar bu məhsul qruplarını o qədər də sevmirlər. 

Həkim vurğulayıb ki, liflə zəngin qidaların qəbulu mikrobiotanı yaxşılaşdırır, bu da öz növbəsində maddələr mübadiləsinin düzgün aparılmasına kömək edir və bədən çəkisini normal saxlayır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az