Qidalanma
Diyetoloq ən sağlam balıq növlərini
Qidalanma

Diyetoloq ən sağlam balıq növlərini açıqlayıb

E-saglam.az xəbər verir ki, qastroenteroloq və diyetoloq Elvira Beleva "UfaTime.ru"ya açıqlamasında bildirib ki, bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.

Beleva ən sağlam növlərdən biri kimi omeqa-3 yağ turşuları, B vitaminləri və yüksək keyfiyyətli proteinlə zəngin qızılbalığı adlandırıb.

Skumbriya həm də omeqa-3, eləcə də D və B12 vitaminləri mənbəyidir - bu balıq ürək sağlamlığı üçün çox faydalıdır.

Siyənək balığı xassələrinə görə oxşardır, həkim qeyd etdi.

Yabanı ton balığı isə zülal və omeqa-3 mənbəyidir, lakin qidalanma mütəxəssisinin fikrincə, tərkibində civə olması ehtimalı səbəbiylə ölçülü şəkildə istehlak edilməlidir.

Beleva sardinaların faydalarına da diqqət çəkib, bu kiçik balıqlar omeqa-3, zülal, B vitaminləri ilə zəngindir və kalsium da daxil olmaqla bir çox qiymətli mineralları ehtiva edir.

O, qeyd etdi ki, göy qurşağı alabalığı omeqa-3 və D vitamininin yaxşı mənbəyidir və hake B vitaminləri, fosfor və selenium ehtiva edir. Eyni zamanda, balığın faydasından yarralanmaq üçün hazırlanma üsulu da vacibdir - qızartmaqdan çəkinmək daha yaxşıdır", - deyə Beleva vurğuladı.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun