Diyetoloq bu süd məhsulunun təhlükələri barədə
Diyetoloq bu süd məhsulunun təhlükələri barədə

Diyetoloq bu süd məhsulunun təhlükələri barədə xəbərdarlıq edib.

Bir çox insanlar kəsmiyi sağlam hesab edirlər, amma əslində ondan həddindən artıq istifadə zərər verə bilər.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, diyetoloq Mixail Ginzburq, "Sputnik" radiosuna müsahibəsində məşhur süd məhsulunun təhlükələri barədə xəbərdarlıq edib .

Ginzburq qeyd edib ki, kəsmiyin tərkibində adətən çoxlu şəkər, həmçinin trans yağlar olur. Kəsmiyin tərkibindəki bu birləşmələr, həkimə görə, kəsmiyin demək olar ki, bütün faydalı xüsusiyyətlərini inkar edir. O, bildirib ki, adi kəsmik bir sıra xəstəliklərin inkişafından qoruyursa, yağlı və şirin kəsmik kütləsi şəkərli diabet, piylənmə və ateroskleroz riskini artırır.

Diyetoloq izah edib ki, bir-iki qaşıq kəsmik kütləsi sağlam insanlara zərər verməz, lakin piylənmə və hipertoniya üçün bu məhsulun istifadəsi əks göstərişdir.

O, həmçinin uşaqlara şirin kəsmik verməməyi tövsiyə edib, çünki bu, pis pəhriz vərdişləri və şirin yeməklərə həvəs yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az