Dırnaqların görünüşü hansı xəstəliklıər səbəbindən - DƏYIŞƏ BiLƏR?
Dırnaqların görünüşü hansı xəstəliklıər səbəbindən - DƏYIŞƏ BiLƏR?

Bəzi hallarda dırnaqların görünüşündəki dəyişikliklər mövcud olan bir sıra xəstəliklərin əlaməti sayılır - məsələn, ürək-damar və ya böyrək.

E-saglam.az bildirir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edir.

Sağlam dırnaqların əsas göstəricilərindən danışılırsa, bunlar parlaqlıq və hamarlıq, sədəfin bərkliyi, eynirənglı çəhrayılığıdır. Onların görünüşlərindəki dəyişikliklər, bədənin daxili orqanların işində ola biləcək narahatlıqlar barədə xəbərdarlıq siqnallarından biridir, çünki dırnaqlar bir quruluş olaraq bu cür dəyişikliklərə son dərəcə həssasdır. Rusiyalı dermatoloq Irina Skorogudaevanın sözlərinə görə,  dırnaqların vəziyyəti qan axınından asılıdır və qan təchizatı sistemi orqanlarının patologiyaları həmişə görünüşlərində əks olunur. Skorogudaeva, "ən çox dırnaqların görünüşündəki dəyişikliklər ürək-damar xəstəlikləri, ateroskleroz bir siqnaldır" söyləyib. Bununla belə dırnaq lövhələrinin vəziyyətinə görə, digər orqanların xəstəliklərinin mümkün inkişafına hökm etmək olar. Dırnaqların artan quruluğu, onları çox qırıq hala gətirməsi hipotiroidizmin əlamətlərindən biridir (tiroid bezinin fəaliyyətinin azalması).

Bundan əlavə, dırnaqların görünüşü, rəngi böyrək xəstəliyi, böyrək çatışmazlığı nəticəsində, onların quruluşu isə qaraciyərin zədələnməsindən qaynaqlanan mənfi proseslərə görə dəyişir.

Dırnaqların dəyişə biləcəyi digər mümkün xəstəliklər ağciyər xəstəlikləri, endokrin sistem patologiyalarıdır.

Mənbə: tibb.fed.az