Yandex watch
Diabetlə mübarizə aparan qidalar

2-ci tip diabetdən xilas olmaq və ya heç olmasa riskinizi azaltmaq istəyirsinizsə və ya 1-ci tip diabetinizi nəzarət altında saxlamaq istəyirsinizsə, bu, yemək vərdişlərinizə əlavə etdiyiniz qidalarla mümkündür.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bütün dünyada şəkərli diabetin sürətlə artması xəstəliyin qarşısının alınması üçün görüləcək tədbirlərə diqqət çəkir. Diabetlə mübarizədə aktiv həyatla yanaşı balanslı və nizamlı qidalanma da çox mühüm rol oynayır. Ancaq bu mübarizədə bəzi qidalar önə çıxır. Bu qidaların ən vacibləri bunlardır:

Fındıq: Fındıq sağlam yağlarla zəngindir və balanslı şəkildə istehlak edildikdə qan şəkərini idarə etməyi asanlaşdırır.

Ləbləbi: Balqabaq tumları Omeqa 3 ilə zəngindir. Bu aşağı karbohidratlı qida qan şəkərinizi balanslaşdırır, eyni zamanda dəmir mənbəyidir. Günəbaxan tumları da ölçülü istehlak edilərsə yaxşı seçimdir, lakin balqabaq toxumu xüsusilə istehlak edilməli bir qidadır. Bununla belə, porsiya ölçüsünü tənzimləməyi xatırlamaq vacibdir.

Balıq: Ən sağlam zülal qaynaqlarından biri olan balıq, Omeqa 3 anbarı olduğu üçün təkcə diabet xəstələrinin deyil, hər kəsin istehlak etməli olduğu qidadır.

Qırmızı meyvələr: Xüsusilə 2-ci tip diabet xəstələri üçün antioksidan və lif qaynağı olan qırmızı meyvələr insulin istehsalına kömək edir və 1-ci tip diabet xəstələri üçün qan şəkərini tarazlaşdırmaq baxımından çox əhəmiyyətlidir.

Paxlalılar: Lif qaynağı olan paxlalılar, təkcə diabet xəstələrinin deyil, hər kəsin həftədə ən az iki dəfə istehlak etməli olduğu qida qrupundadır. Karbohidrat dəyəri aşağı olan bu qidalar qan şəkərinin səviyyəsini tarazlaşdırır.

Brokoli: Brokolinin şəkər xəstələri üçün tərəvəz olduğunu söyləmək səhv olmaz. Təbii olaraq şəkər xəstəliyi ilə mübarizə aparan bu tərəvəz qan şəkərini tarazlaşdırır və gündəlik C vitamini ehtiyacını ödəyir.

Kələm: Brokoli kimi kələm də çox aşağı karbohidrat dəyəri ilə tanınan tərəvəzdir. Antioksidant mənbəyi olan bu qidadan hər kəs istifadə etməlidir.

Avokado: Zəngin Omeqa 3 mənbəyi olan avokado ürək və qan təzyiqi pozğunluqları üçün əsas qidadır, eyni zamanda diabetdə qan şəkərini balanslaşdırır.

Qatıq: Türk mətbəxinin vazkeçilməz hissəsi olan və tərkibindəki yüksək miqdarda kalsium səbəbiylə mütləq gündəlik qidalanma vərdişlərinə daxil edilməsi lazım olan qatığın 2-ci tip diabet riskini azaltdığı ortaya çıxıb.

Çay: Mütəxəssislər yaşıl çay və ya qara çayın şəkərsiz olması şərti ilə hər gün istehlak edilməli olduğunu deyirlər. Tərkibindəki yüksək antioksidant sayəsində qan şəkərini tənzimləməyə kömək edir.

Kətan toxumu: Sağlam yağ, lif və zülal qaynağı olan kətan toxumu diabetlə mübarizədə axtarılan qidadır.

Alma: Xolesterol və ürək xəstəliklərindən əziyyət çəkənlərin axtarılan qidası olan alma, qan şəkərini tarazlaşdıraraq diabetlə mübarizədə də gizli silahlardan biridir.

Sarımsaq: Sarımsaq xərçəng riskini azaldır, xolesterolu tarazlaşdırır və təzyiqi tənzimləyir. Bu səbəbdən diabetlə mübarizədə mütləq istehlak edilməsi lazım olan qidalardan biridir.

İspanaq: Lifli yaşıl yarpaqları sayəsində diabet xəstələri üçün mütəxəssislər tərəfindən çox tövsiyə olunur.

Tünd şokolad: Az şəkər və bol kakao olan tünd şokolad zəngin bir antioksidan mənbəyidir və eyni zamanda insulin müqavimətini azaldır.

Qulançar: Türk mətbəxində yeni yer qazanmağa başlayan qulançar insulin istehsalını artırdığı üçün xüsusilə 2-ci tip şəkərli diabet xəstələrinə tövsiyə edilir.

Darçın: Darçın şirin ehtiyacınızı təmin edə biləcək yaxşı bir ədviyyatdır. Bundan əlavə, tədqiqatlar sübut etdi ki, darçın qan şəkərini balanslaşdırır.

Yulaf: Lif mənbəyi olan yulaf şəkərin yüksək karbohidrat tərkibini balanslaşdırmaq üzrə "mütəxəssisdir".

Zeytun yağı: Sağlam həyat tərzi üçün əvəzolunmaz olan zeytun yağı qan şəkərini tarazlaşdırır.

Şirin kartof: Kartofdan fərqli olaraq şirin kartof insulin müqavimətini azaldır, xolesterolu azaldır və qan şəkərinin artmasının qarşısını alır.

Tərcümə: Könül Oruc

E-saglam.az